Metronun açılmasına icazə veriləcək? - VİDEO
“Əhalimizin 50 faizinin peyvənd olunmasına çatmaq üçün 2 milyon insanın vaksinasiya olması lazımdır. Güman edirəm ki, yaxın 2-3 ay ərzində bu hadisə baş versə, maska çıxarılacaq, kütləvi tədbirlərə və metroların fəaliyyətinə icazə veriləcək”.
AFN xəbər verir ki, bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Aqil Axundov deyib.
O bildirib ki, yayın sonuna qədər sözügedən yumşaldılmalara gedilməsi üçün vaksinasiyanın sürəti atırılmalıdır.