KİV nümayəndələrinin də fəaliyyətinə icazə veriləcək
Xüsusi karantin rejimini müddətində KİV nümayəndələrinin fəaliyyətinə icazə veriləcək.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında deyilir.
Belə ki, media nümayəndələri fəaliyyətinə icazə verilən digər sahələr kimi icazə.e-gov.az portalında qeydiyyatdan keçməlidir.
Xatırladaq ki, 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində bir sıra sahələr üzrə məhdudiyyətlər tətbiq ediləcək.