Qəzzada Əmək Nazirliyinin binası dağıdıldı
AFN xəbər verir ki, bu barədə Qəzza zolağı hökumətinin mətbuat xidmətinin rəhbəri Salama Maaruf açıqlama verib.
“İsrail qırıcıları bu gün səhər Qəzza şəhərinin mərkəzində yerləşən Əmək və Sosial İnkişaf Nazirliklərinə zərbə endirib. Zərbə nəticəsində Əmək Nazirliyinin binası tamamilə dağılıb, Sosial İnkişaf Nazirliyinin binası, həm anbarları, həm də ona bitişik binalar ciddi ziyan görüb”,- deyə Maaruf qeyd edib.