DSX-dan hərbçilərin qalmaqallı görüntüləri ilə bağlı açıqlama - VİDEO
Sosial şəbəkələrdə Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçilərinin qalmaqallı videogörüntüləri yayılıb.
AFN oxu.az-a istinadən xəbər verir ki, videogörüntülərdə iki nəfər DSX hərbçisi digərlərinin kürəyinə “Şəmkir” yazaraq, əslən Şəmkirdən olanlara salam göndərdiklərini qeyd edirlər.
Yayılan videogörüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinə (DSX) sorğu ünvanladıq. DSX-nin mətbuat xidmətinin rəhbəri Maya Şərifova oxu.az-a açıqlamasında bildirib ki, sözügedən videogörüntülərin ötən il işğaldan azad olunmuş ərazilərdə yerləşən hərbi hissələrin birində baş verdiyi müəyyən olunub:
“Bütün hallarda məsələ ilə bağlı DSX rəisinin göstərişi əsasında araşdırma aparılır”.