YPX avtomobili qəzaya düşüb, polis əməkdaşı xəsarət alıb - FOTO


Novxanı qəsəbəsində üç avtomobil qəzaya uğrayıb.



APA xəbər verir ki, hadisə Masazır qəsəbəsindən Novxanı qəsəbəsinə gedən yolda baş verib.

Belə ki, YPX-nə məxsus 10-YP-051 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil hərəkətdə olarkən əvvəlcə "Toyoto" və "Opel" markalı nəqliyyat vasitələrinə çırpılıb. İdarəetmədən çıxan "Mercedes" daha sonra qaz borusuna çırpılaraq dayanıb. Qəza nəticəsində YPX-nin əməkdaşı xəsarət alıb.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu