“Qurtuluş-93”un rəhbərinin həyat yoldaşı qəza törətdi, xəsarət alanlar var - FOTOLAR


Abşeronda üç avtomobil toqquşub, 2 nəfər xəsarət alıb.


Hadisə Duz gölünün yaxınlığında baş verib.

Belə ki, 90-HN-009 dövlət nişanlı "Mercedes” markalı avtomobili idarə edən Hüseynova Gülnar Əsəd qızı sükana nəzarəti itirib. Avtomobil "Nissan”a, daha sonra "Mercedes” və "VAZ 2106” markalı nəqliyyat vasitələrinə çırpılıb. Qəza zamanı üç nəfər xəsarət alıb.

Qeyd edək ki, "Mercedes Galandewagen”nin sürücüsü Gülnar Hüseynova "Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun həyat yoldaşıdır.(APA)

AFN xatırladır ki, bir neçə gün əvvəl Məhərrəm Novruzovun kürəkəninin səbəb olduğu qəzada 4 nəfər həyatını itirmişdi, 2 nəfər xəsarət almışdı. İş adamının kürəkəni Elşad Kəlbəliyev hadisə ilə bağlı istintaqa cəlb edilərək həbs olunub.












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu