Gürcüstanın baş naziri Poznerin Tbilisiyə qalmaqallı səfərinə münasibət bildirib


"Rusiyalı jurnalist Vladimir Pozner Gürcüstanın "İşğal altında olan ərazilər haqqında" qanununu pozmayıb".



“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında deyib.

Onun sözlərinə görə, junalist və onu müşayiət edən şəxslər Gürcüstana qaydalara tam əməl etməklə daxil olublar: "Vladimir Pozner həm də ABŞ vətəndaşıdır və Gürcüstana tez-tez səfər edir. Ötəngünkü səfər onun növbəti şəxsi səfəri olub".

Hökumət başçısı V.Poznerin və qonaqlarının karantin rejiminin tələblərini pozmalarını qəbuledilməz adlandırıb və qeyd edib ki, aidiyyəti qurumlar buna dərhal reaksiya verərək cərimə tətbiq ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu