ÜST-ün Vuhan səfərinin yekunu: COVİD-19-un süni mənşəli versiyası...
Çinin Vuhan şəhərinə səfər edən Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri COVİD-19-un ocağı sayılan laboratoriyanın infeksiyanın mənşəyi olması versiyasını rədd ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə alimlərin rəyləri ilə tanış olan "The Associated Press” məlumat yayıb.
ÜST-ün missiyasının bildirdiyinə görə, SARS-CoV-2 virusu, çox güman, insanlara yarasalar vasitəsi ilə yoluxub.
Ancaq yayılmaya məhz hansı heyvanın xidmət etdiyi haqda bir şey deyilmir.