FTB ehtimal edir ki, koronavirus Vuhan şəhərində laboratoriya sızması nəticəsində yayılıb


FTB rəhbəri Kristofer Rey ilk dəfə COVİD-19 pandemiyasının mənşəyinə dair gizli qiymətləndirmələr haqda açıq danışıb.


AFN.az "İndependent"ə istinadən xəbər verir ki, o, virusun Çinin Vuhan şəhərindəki laboratoriyadan sızma ehtimalının böyük olduğunu deyib.

Koronavirusun ilk dəfə 2019-cu ildə kəşf edildiyi vaxtdan onun mənşəyi ilə bağlı çoxlu fərziyyələr var. Ən məşhur nəzəriyyələr virusun ya heyvanlardan insanlara keçməsi, ya da laboratoriyadan təsadüfən sızma yolu ilə yayılması idi. İkinci hal Çin tərəfindən ciddi şəkildə rədd edilsə də, FTB-nin uzun müddətdir ki, pandemiyanın səbəbilə bağlı apardığı araşdırma, deyəsən, məntiqi sonluğuna çatıb. Kristofer Rey bildirib ki, qurum pandemiyanın potensial Vuhan laboratoriya hadisəsi olduğuna inanır.

“Çin hökuməti buradakı işi əngəlləmək və çaşdırmaq üçün əlindən gələni edir", - deyə FTB rəhbəri bildirib. O, agentliyin qiymətləndirməsinin detallarını bölüşməyib. Bildirib ki, təfərrüatlar məxfidir.

Qeyd edək ki, bundan əvvəl CIA və adı açıqlanmayan başqa bir qurumun laboratoriya sızması və təbii ötürülmə nəzəriyyələri arasında qərarsız olduqları açıqlanmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu