Çin XİN COVID-19-un Uhanda laboratoriyadan yayılması ilə bağlı iddialara münasibət bildirib




Çin Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın yeni növ koronavirusun (COVID-19) Uhan şəhərində laboratoriyadan yayılması ilə bağlı iddialarına münasibət bildirib.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, Çin XİN-in (XİN) mətbuat katibi Çjao Litszyan bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmiləri artıq bir neçə dəfə COVID-19 virusunun laboratoriyada yaradılmasına dair heç bir dəlilin olmadığını söyləyiblər.

O qeyd edib ki, beynəlxalq ictimaiyyət COVID-19-la səmərəli şəkildə mübarizə aparacağı müddətdə qələbə qazana biləcək.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp aprelin 15-də keçirdiyi brifinqdə deyib ki, onun administrasiyası koronavirusun Uhandakı laboratoriyadan yayılması məsələsini müəyyənləşdirmək üçün çalışır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu