ABŞ-ın dövlət katibi: "Türkiyə dəyərli müttəfiqdir"


"Türkiyə uzun bir keçmişimiz olan və dəyər verdiyimiz müttəfiqdir".



"Report" xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.

"Türkiyənin NATO ilə əlaqələrinin davam etməsi hamımızın xeyrinədir. ABŞ və NATO Türkiyəni özündən uzaqlaşdırmaq deyil, əksinə daha yaxın olmağı planlaşdırır", - o vurğulayıb.

E.Blinken eyni zamanda bildirib ki, bəzi məsələlərlə bağlı Vaşinqtonla Ankara arasında fikir müxtəlifliyi var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu