"Qarabağ"ın legioneri: "Çətinlik çəkdiyimizi söyləməliyəm"


"Azərbaycanda olduğum müddətdə bu ölkənin adət-ənənələrini yaxşı öyrənmişəm. Bilirəm ki, qarşıdan Novruz bayramı gəlir və fürsətdən istifadə edib bu münasibətlə bütün azərbaycanlıları, xüsusilə də komandamızın azarkeşlərini təbrik edirəm".

"Report"un məlumatına görə, bunları "Qarabağ"ın futbolçusu Xayme Romero klubun rəsmi saytına açıqlamasında deyib.

İspaniyalı yarımmüdafiəçi bildirib ki, çempionatda fasilə olsa da, komanda üzvləri məşqləri bərpa edib: "Bizim üçün fasilə bitib. Məşqlərimiz davam edir. Amma çətinlik çəkdiyimizi söyləməliyəm. Çətinlik deyəndə nəzərdə tutduğum əsas heyətin cəmi 7 futbolçusu ilə hazırlığı davam etdirməyimizdir".

31 yaşlı oyunçunun sözlərinə görə, artıq komandada əvvəlki gərginlik yoxdur: "Həftəsonları oyunların keçirilməyəcəyini nəzərə alsaq, əvvəlki gərginliyimiz yoxdur. Buna baxmayaraq, məşq proseslərindən maksimum yararlanmalıyıq. Çünki Premyer Liqada vacib oyunlar bizi gözləyir. Çempionatda bütün komandalar ciddi müqavimət göstərib, xal qazanmaq istəyirlər".

Romero qalan oyunların çox çətin keçəcəyini söyləyib: "Neftçi”nin də ciddi rəqabət apardığını nəzərə alsaq, çempionluğun taleyini müəyyənləşdirmək asan olmayacaq. Bütün oyunlar həlledicidir və bu matçlardan maksimum yararlanmağa çalışacağıq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu