Gürcüstan və Ermənistanın baş naziriləri arasında telefon danışığı olub

Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında martın 19-da telefon danışığı olub.
“Report” xəbər verir ki, məlumatı Ermənistan baş naziri aparatının İctimaiyyətlə əlaqələr və informasiya üzrə idarəsi yayıb.
Bildirilib ki, hökumət başçıları iki dövlət arasında əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.