İranın müdafiə naziri: "Raket potesialımızı artırmaqda davam edəcəyik"


"İran müdafiə planına uyğun olaraq qarşıdan gələn il (İranda martın 21-də yeni il başlayır - "Report") öz raket potensialını qəti şəkildə gücləndirməkdə davam edəcək".

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın müdafiə naziri, briqada generalı Əmir Xatəmi bildirib.

Onun sözlərinə görə, İran müdafiə sənayesi sahəsində əhəmiyyətli irliləyişə nail olub.

Nazir İranın strateji, regional, müdafiə və raket gücünü artırmaqda davam edəcəklərini vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu