İran hava hücumundan müdafiə sistemini yeniləyib


İran yeni təhdidləri nəzərə alaraq hava hücumundan müdafiə sistemini yeniləyib.



“Mehr” xəbər verir ki, bunu İranın şimal-şərq hava hücumundan müdafiə zonasının komandanı, briqada generalı Məhəmmədrza Məsumi deyib.

Onun sözlərinə görə, İranın hava hücumundan müdafiəsi istənilən təhlükəni aşkar edə bilir. O əlavə edib ki, əgər aerokosmik təhdidlər sürətlə artırsa, o zaman ölkədə müdafiə texnologiyası da eyni sürətlə inkişaf edir.

Məsumi həmçinin qeyd edib ki, İranın hərbi tərəqqisi yalnız çəkindirməyə yönəlib və qonşuları üçün təhlükə yaratmır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu