Azərbaycanda toylar bu formada keçiriləcək? - MİLLƏT VƏKİLİ AÇIQLADI
![](https://img.redaktor.az/news/2021/03/photo_126840.jpg?v=MjAyMS0wMy0xNiAxMTozODoxOQ==)
Millət vəkili Fazil Mustafa karantin dövründə qaydaların yumşaldılmasından, toyların keçirilməsindən danışıb.
AFN xəbər verir ki, o, sosial məsafə gözləməklə 2-5 masa ətrafında, yaxud vaxt məhdudiyyəti ilə - 3 saat toyların keçirilməsinə icazə verilməsini doğru hesab etdiyini deyib. Millət vəkili 50 nəfərin iştirakı ilə toyların keçirlməsinə icazə verilməsini təklif edib:
“Bizim gücümüz ancaq təklif verməyə çatır. Biz doğru yolu göstərək, Operativ Qərərgah məsələləri ölçür-biçir, ümumi dinamikanı gözdən keçirir və qərar verir”.