Qarabağdakı müharibənin gedişində ağır yaralanan Cəlal Arutyunyan danışıb


Qondarma Dağlıq Qarabağ rejimi “ordusunun” keçmiş “komandanı” Cəlal Arutyunyanın səhhətinin pisləşdiyi və onun beyin əməliyyatına hazırlaşdığı bildirilib.

Qazet.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

“Əməliyyatın hazırlıq mərhələsindəyəm. Mən həmişə ordu adamı olmuşam və bundan sonra da ordunun yanında olacağam. Bu mərhələdə heç bir təxribata təslim olmayacağam. Əməliyyatdan sonra ətraflı danışacağam”, – deyə Arutyunyan son günlər Ermənistanda baş verən hadisələrə münasibət bildirərkən qeyd edib.

Xatırladaq ki, Cəlal Arutyunyan 44 günlük Vətən Müharibəsinin gedişində ordumuzun atəş zərbəsi nəticəsində ağır yaralanmışdı.

Ermənistanda nə baş verir?

Müharibədən sonra Ermənistanda siyasi böhran davam edir. Bir neçə gün əvvəl Ermənistan Respublikasının Baş Qərargahı Baş nazir Paşinyan və hökumətinin istefasını tələb edən bir açıqlama verib. Daha sonra Paşinyan Prezident Armen Sarkisyana baş qərargah rəisi Onik Qasparyanın istefasını nəzərdə tutan təklif göndərib. Armen Sarkisyan isə bu təklifi təyin olunmuş müddətdə imzalamayıb. Paşinyan öz növbəsində həmin təklifi ikinci dəfə prezidentə göndərib. İndi prezident üç gün ərzində ya sənədi imzalamalı, ya da Konstitusiya Məhkəməsinə göndərməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu