DİN İTV-nin polislə bağlı videosuna cavab verdi - VİDEO


Daxili İşlər Nazirliyi bir neçə gün öncə “İctimai” televiziyada polisin fəaliyyətini tənqid edən və tibbi maskadan düzgün istifadə etməyən şəxslərin polis bölməsinə aparılmasının qanuni olub-olmadığını araşdıran materiala münasibət bildirib.



AFN-in verdiyi xəbərə görə, DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, ölkəmizdə fəaliyyət göstərən bütün televiziya kanalları, o cümlədən də “İctimai” televiziya həmişə daxili işlər orqanlarının fəaliyyətini geniş işıqlandırıb:

“Polisin cinayətkarlığa qarşı həyata keçirdiyi uğurlu tədbirlərin tamaşaçılara çatdırılmasında böyük əmək sərf ediblər. Ona görə də bütün mətbuat nümayəndələrinə, o cümlədən “İctimai” televiziyanın əməkdaşlarına daxili işlər orqanlarının şəxsi heyəti adından təşəkkürümüzü bildiririk. O ki qaldı qeyd olunan materialın guya sifariş əsasında hazırlanmasına, birmənalı olaraq bildiririk ki, belə fikirlər əsassızdır”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu