Müəllim olmaq istəyənlər üçün onlayn müsahibələr fevralın 5-dən başlayır


2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti onlayn müsahibə mərhələsində iştirak edəcək şəxslərin şəxsi səhifələrinə müsahibələrin keçiriləcəyi tarix və saat barədə məlumat göndərilib.



"Report" xəbər verir ki, MS Teams platforması üzərindən həyata keçiriləcək müsahibələr fevralın 5-dən etibarən başlanılacaq.

Onlayn müsahibə mərhələsinə 2 948 nəfər dəvət olunub. Həmçinin namizədlərin müsahibəyə qoşulmaq üçün şəxsi səhifələrinə yerləşdirilmiş videotəlimatla tanış olmağı tövsiyə olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu