İlham Əliyevin mövqeyi aydın, dövlət maraqlarına uyğun və birmənalıdır - Natiq Cəfərli


"Bu gün baş tutacaq görüşdə Azərbaycana ziyanlı ola biləcək hər hansı bir qərarın, razılaşmanın olması mümkün görünmür. Prezidentə daxili siyasətlə bağlı onlarla irad-tənqid bildirmək olar, amma Qarabağ məsələsində hansısa ciddi səhvi, güzəşti olmayıb, bu məsələdə İlham Əliyevin mövqeyi aydın, dövlət maraqlarına uyğun və birmənalıdır".



AFN xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. "Ümid edirəm ki, Putinlə ikitərəfli görüşdə son 2 ayda Rusiya "sülhməramlıların" suallar yaradan davranışları ilə bağlı məsələ qaldırılacaq, ən azından, Xocalıya qayıdışla bağlı yolların açılması, azərbaycanlıların ora dönməsi qrafiki məsələsi öz həllini tapacaq. Əgər Kreml hərbi kontingetinin sayının artırılması məsələsini qaldırsa, düşünmürəm ki, rəsmi Bakı buna razılıq versin" deyə N.Cəfərli bildirib.
Ekspert qeyd edib ki, Rusiya mənbələrinə görə, bu gün əsas 2 məsələ müzakirə olunacaq: Azərbaycan-Ermənistan dövlət sərhəddinin dəqiqləşdirilib möhkəmlənməsi və Naxçıvana açılacaq dəhlizlə bağlı detallar: "Hər iki məsələdə əlimiz, arqumentlərimiz güclüdür. Artıq diplomatik "savaşın" yeni mərhələsi başladı, bu yolun uğurlu olmasının təməlini Azərbaycan Əsgəri qoyub! Allah Əsgərimizi, Ordumuzu qorusun, Tanrı diplomatlarımıza zehin açıqlığı nəsib etsin!"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu