Cəlilabadlı Paşa ləqəbli əsgərin qayıdışı
“Report”un Muğan bürosu xəbər verir ki, igid hərbçinin sağ-salamat qayıtması rayon sakinlərinin sevincinə səbəb olub. Uşaqdan böyüyə hamı rayon mərkəzinə Paşanı qarşılamağa çıxıb.
Müzəffər əsgərin atası Simran Qasımov oğlunun üzünü ağ eləməsi ilə fəxr duyduğunu bildirib: "Düşməinin qarşısında igid kimi döyüşərək torpaqlarımızın azad olunmasında iştirak etdi".
İndi Qasımovlar ailəsi ikiqat sevinc hissi yaşayır - həm Qarabağın azad olunmasına sevinən valideynlər indi də övladlarının sağ-salamat qayıtmasının sevincini yaşayırlar.
Qeyd edək ki, Allahşükür Qasımov Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Şuşanın azad olunması uğrunda döyüşüb.