ABŞ-ın sabiq müdafiə nazirləri hərbçilərə müraciət etdi


ABŞ-ın sabiq 10 müdafiə naziri hərbçiləri hakimiyyətin Cozef Baydenə təhvil verilməsinə və prezident seçkisi ətrafında yaranan mübahisələrə qarışmamağa çağırıblar.

“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Məlumata görə, dekabrın sonunda C.Bayden bildirib ki, Pentaqonun siyasi rəhbərliyi hakimiyyətin yeni administrasiyaya təhvil verilməsinə mane olur.

Məlumatda vurğulanıb ki, ABŞ Müdafiə Nazirliyi isə onun bəyanatını təkzib edib. Pentaqonun başçısı səlahiyyətlərini icra edən Kristofer Miller Bayden və komandasından daxil olan bütün suallara cavab verməyə hazır olduqlarını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu