Ekspert: “Masazır məktəbində baş verən hadisə ilk və sonucu hal deyil...”


"Bu müəllim kifayət qədər qaydanı pozub".



Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Abşeron rayonunda gözü zəif görən şagirdə "anormalsan, korsan” deyən müəllimə verilən cəzadan danışarkən deyib. O bildirib ki, əgər müəllim qaydaları pozubsa, töhmətlə iş bitməməlidir, daha sərt cəzalar olmalıdır: "Çox təəssüflər olsun ki, son günlər təhsil sistemində baş verən hadisələr, xüsusən də məktəb rəhbərlərinin və müəllimlərin bəzi davranışıları bu peşəyə olan insanların etibarını sarsıdır. 2014-ci ildə "müəllimlərin etik davranış qaydaları" ilə bağlı qanun qəbul edilib. Qanun tələb edir ki, müəllim öz vəzifə funksiyalarının icrası zamanı qanunlara, tələblərə və xüsusən də insan hüquqları, demokratik prinsiplərə əməl etsin. Müəllim vicdanlı olmalıdır və tənqidi fikirləri qəbul etməlidir. Masazır məktəbində baş verən hadisə birinci və sonucu hal deyil. Sonuncu olması üçün addımlar atılmalıdır. Nə qanunvericilik, nə də beynəlxalq huquq heç bir müəllimə imkan vermir ki, o, qarşı tərəfi təhqir etsin. Heç bir müəllim nitqində kobud və təhqiredici sözlər işlətməməlidir. Bu, qanunda əksini tapıb".

Kamran Əsədov hesab edir ki, təhsil sistemi ilə bağlı qaydalar sərtləşdirilməlidir: "Müəllim valideynə və onun digər qanuni nümayəndələrinə belə davranmamalıdır. Müəllim valideynlər və şagirdlər arasında yaranan münaqişəni həll etməlidir, özü münaqişə yaratmamalıdır. Mən bunu pisləyirəm və inanıram ki, İnzibati Xətalar Məcəlləsi və digər qanunvericilik aktlarına dəyişiklik ediləcək ki, təhsil sistemində qaydalara riayət olunmamasına görə ciddi cəzalar təyin edilə bilsin".

Qeyd edək ki, Abşeron rayonunda gözü zəif görən üçüncü sinif şagirdinə "anormalsan, korsan” deyən müəllimə töhmət verilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu