Düşmənə tarixi dərs verərək şəhid olan tarix müəllimi
İsmayıllı şəhəri 3 nömrəli məktəb-liseyin tarix müəllimi, baş leytenant Famil Əhmədzadə Tərtərin Talış-Suqovuşan kəndləri istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olub.
Təhsil Nazirliyindən AFN-ə bildirilib ki, o, 1997-ci ildən sözügedən məktəbdə pedaqoji fəaliyyətlə məşğul olub.
F.Əhmədzadənin təşəbbüsü ilə məktəbdə tarix-diyarşünaslıq muzeyi yaradılıb. İşlədiyi müddətdə öz savadı, mədəniyyəti və istedadı ilə şagirdlərin, müəllimlərin, bir sözlə, hər kəsin sevimlisi olub.
Allah rəhmət eləsin!