XİN-dən Ermənistan prezidentinə cavab
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan prezidentinin "RBC” telekanalına verdiyi müsahibəyə münasibət bildirib.
Leyla Abdullayevə bu barədə öz tvitter hesabında yazıb.
"Ermənistan prezidenti "RBC” telekanalına müsahibəsində həqiqətləri təhrif edib. Dağlıq Qarabağ Muxtar Vilayətinin tarixi, demoqrafiyası, iqtisadi vəziyyəti barədə yalan danışaraq 1980-ci illərin sonlarında 1 milyondan çox erməninin Azərbaycanı tərk etdiyini deyib. Fakt: 1989-cu il siyahıyaalınmasına görə Azərbaycanda 390 min 505 erməni var idi”,- deyə XİN sözçüsü qeyd edib.