Leyla Abdullayeva: "Ermənistan prezidenti yalan danışıb"
“Report” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva tvitterdə yazıb.
“O iddia edib ki, 1980-ci illərin sonunda 1 milyondan çox erməni Azərbaycanı tərk edib. Fakt: 1989-cu ilin siyahıyaalınmasına görə, 390 505 erməni yaşayıb”, - o qeyd edib.