MN: Ermənistanla sərhəd zastavanın minaatanlardan atəşə tutması ilə bağlı məlumat tamamilə dezinformasiyadır


Ermənistan mətbuatının Azərbaycan Ordusunun guya Ermənistan ərazisində İranla həmsərhəd bölgələrdə yerləşən Rusiya sərhəd zastavasını minaatanlardan atəşə tutması ilə bağlı yaydığı məlumat tamamilə dezinformasiyadır və təxribat xarakteri daşıyır.



Bu barədə AFN-ə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

"Əksinə, həmin istiqamətdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisi atəşə tutulub.

Bir daha bildiririk ki, bizim Ermənistan ərazisində heç bir hərbi məqsədlərimiz yoxdur", - məlumatda bildirilib..



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu