MN: Ermənistan ərazisində sərhəd zastavasının vurulması barədə yayılan məlumat yalandır


Ermənistanın bu gün guya Azərbaycana məxsus PUA və raket-artilleriya vasitələrindən istifadə etməklə Ermənistan ərazisinin atəşə tutulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır.



AFN-in xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin yaydığı açıqlamada bildirilib.

"Bildiririk ki, Azərbaycan yeni humanitar atəşkəs rejiminə tam riayət edir.

Əksinə, oktyabrın 27-də saat 09:30-dan başlayaraq indiyədək Ermənistan tərəfi Zəngilan rayonunun Ağbənd kəndi istiqamətində ərazilərimizi minaatanlardan intensiv atəşə tutur", - məlumatda qeyd olunub..



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu