Ermənilərin Qarabağda döyüşən keçmiş polis rəisi məhv edilib


Azərbaycan ordusunun işğal altında olan torpaqlarında keçirdiyi əks-hücum əməliyyatı nəticəsində Ermənistan parlamentinin keçmiş deputatı David Matevosyan məhv edilib.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə onun qızı Ermine Matevosyan bildirib.

Bildirilib ki, o, 1995-1999-cu illərdə deputat olub. D. Matevosyan 1991-1995-ci illərdə Ermənistanın Meğri rayonunun Daxili İşlər İdarəsinin rəisi işləyib. David Matevosyan Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın tərəfdarlarından, birinci Qarabağ müharibəsinin iştikaçı olub. Matevosyan 2008-ci ildə o vaxtkı prezidentliyə namizəd Ter-Petrosyanının seçki qərargahına rəhbərlik edib. Həmin ilin martında prezident seçkisinin nəticələrinə etiraz aksiyasına qatılıb. 3 il müddətinə azadlıqdan məhrum olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu