Cocuq Mərcanlıda çoxsaylı evlərə ziyan dəyib
AFN Baş Prokurorluğa istinadən xəbər verir ki, işğalçı ölkənin silahlı qüvvələrinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yaşayış evlərini intensiv atəşə tutması nəticəsində çoxsaylı evlərə külli miqdarda ziyan dəyib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün bütün zəruri tədbirlərin görülməsi təmin ediləcəkdir.