Maska taxmaq istəməyən şəxs ailəsinin yanında MAĞAZA SAHİBİNİ DÖYDÜ - VİDEO




Türkiyənin Kocaeli əyalətinin Gölcük qəsəbəsində maska taxma qaydası ilə bağlı ona xəbərdarlıq edən şəxsi dəmir asqı ilə yaralayan müştərinin həmin anları təhlükəsizlik kamerasına düşüb.



Milli.Az İHA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında bir geyim mağazasında baş verib.

Geyim mağazası işlədən Salih Ergün bayram alış-verişi üçün ailəsiylə birlikdə mağazaya gələn Yunus E. adlı şəxsə maska taxması üçün xəbərdarlıq edib. Aralarında baş verən mübahisə sonrası mağazada paltarların asıldığı asqının dəmirini yerindən çıxaran Yunus E. ona maska taxmaq xəbərdarlığı edən mağaza sahibi Salih Ergünə hücum çəkib. Dəmir asqı ilə başından zərbə alan Salih Ergün qan içində yerdə qalıb.

Hadisə yerinə gələn polislər Yunus E-ni ifadəsini almaq üçün polis idarəsinə aparıblar.

Bu da hadisə anı:



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu