Nazir Sumqayıta, Nəsimiyə yeni rəis, bu alaya komandir təyin etdi
Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsində bir sıra kadr dəyişiklikləri olub.
AFN “MediaPost”a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmri imzalayıb.
Əmrə əsasən, Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayının komandiri, polkovnik Mahmudov İmran Mürvət oğlu sərəncama götürülüb.
Nazirin digər əmri ilə, Sumqayıt Şəhər Mühafizə İdarəsi rəisi, polkovnik Vəliyev Sahib Əlisahib oğlu vəzifəsindən azad edilərək Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayının komandiri vəzifəsinə təyin olunub.
Bununla belə, Nəsimi Rayon Mühafizə İdarəsi rəisi, polkovnik Bəşirov Elçin Tahir oğlu vəzifəsindən azad olunaraq Sumqayıt Şəhər Mühafizə İdarəsi rəisi təyin edilib.
Nəsimi Rayon Mühafizə İdarəsi rəisi vəzifəsinə isə polis mayoru Məmməd Məmmədov təyin olunub.