“Twitter” hesabı oğurlanan məşhurların sayı açıqlandı




“Twitter”də dünən bir sıra məşhur şəxslərin və şirkətlərin hesabları hakerlər tərəfindən ələ keçirilib.



Onların arasında Barak Obama, Bil Qeyts, İlon Mask, Co Bayden, Uorren Baffet, Kanye Uest, Maykl Blumberq, həmçinin “Apple” və “Uber” şirkətləri də var.

Bu, son dövrlərdə “Twitter”ə edilmiş ən böyük kiber hücumlardan biridir.

Şirkətdən verilən açıqlamada bildirilib ki, ümumilikdə 130 hesab ələ keçirilib.

Hazırda problemin aradan qaldırılması istiqamətində tədbirlər görülür.//Baku.ws



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu