Karantini pozan xanım müğənni polis bölməsinə aparılıb - FOTO
Binəqədi rayonu Abay Kunanbayev küçəsi “Bolluq” bazarının yanında qanunsuz olaraq müştərilərə yerində xidmət göstərən paltar mağazası aşkar edilib.
AFN-in xəbərinə görəi, mağaza sahibi, orada olan satıcılar və müştərilər inzibati qaydada məsuliyyətə cəlb olunublar və ərazi üzrə Binəqədi RPİ-nin 5 ci Polis Bölməsinə aparılıblar.
Obyektdə karantin qaydalarını pozaraq qapalı məkanda olan şəxslərdən biri müğənni Nəfəsdir.
Əməliyyatı Əlahiddə Çevik Polis Alayının əməkdaşları keçirib.
