"Şuşa şəhərciyi"ndə yanğın olmayıb - dövlət komitəsi




Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsində Bakı şəhərinin Sabunçu rayonunda, Ramana qəsəbəsində bir neçə evdə yanğın baş verməsi haqqında məlumat yerləşdirilib. Bəzi kütləvi informasiya vasitələri həmin məlumatı yayarkən hadisənin Ramana qəsəbəsindəki “Şuşa şəhərciyi” adlanan ərazidə baş verdiyini bildiriblər.



Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AFN-ə verilən məlumata görə, Ramana qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı “Şuşa şəhərciyi” adlanan ərazidə heç bir yanğın hadisəsi baş verməyib: "Yanğın “Şuşa şəhərciyi”nin ərazisindən bir neçə kilometr uzaqda olub və nəticədə yerli əhalinin yaşadığı evlərə ziyan dəyib".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu