Metronun xidmət rəisi dünyasını dəyişib
"Bakı Metropoliteni" QSC-nin hərəkət xidmətinin rəisi Etibar İsayev dünyasını dəyişib.
Bu barədə AFN-ə "Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O, bildirib ki, dünən Etibar İsayevlə işlə bağlı xeyli söhbətləri olub. Lakin bu gün o, səhər saatlarında qəfil vəfat edib.