Kür çayında 2 nəfər batıb
Kür çayının Tovuz rayonundan keçən hissəsində boğulma hadisəsi baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, çayın rayonun Hunanlar kənd ərazisindən keçən hissəsində 2 nəfər - Abulbəyli kənd sakini, 1974-cü il təvəllüdlü Həsənov Namiq Əli oğlu və həmkəndlisi 1986-cı il təvəllüdlü İsmayılov Abbas Hüseyn oğlu çayda çimərkən boğulublar.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Hazırda onların axtarışları aparılır.
Hadisənin təfərrüatları araşdırılır.