Milli Məclisin plenar iclası başladı
“Biz koronavirusa qarşı yerli və tamamilə milli olaraq öz sintezimizlə inkişaf etdirdiyimiz çox vacib bir dərmanı hazırladıq”.
Musavat.com haberler.com-a istinadən məlumat verir ki, bunu Türkiyənin Texnologiya və Sənaye naziri Mustafa Varank öz açıqlamasında deyib. O qeyd edib ki, dərmana yaxın vaxtlarda lisenziya verilməsi planlaşdırılır.
Nazir bundan başqa bildirib ki, "Favicovir" adlı dərmanın lisenziya mərhələsinə gəlməsi çox xoş və qürurvericidir: "Dərmanın bu mərhələdən sonra müalicədə istifadəsi və ixracatı da planlaşdırılır”.