Azərbaycandan Gürcüstana təxliyə olunan cütlükdə koronavirus aşkarlanıb
Bakıdan Gürcüstana təxliyə olunan gənc cütlüyün koronavirusa yoluxması təsdiqlənib.
“Report”un yerli bürosu xəbər verir ki, onlar Kutaisi şəhərinin Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib.
Klinikadan bildirilib ki, ər-arvad Tsxaltubo şəhərindəki karantin zonasında olublar. Həkimlər hər iki şəxsin vəziyyətini orta ağır kimi qiymətləndirirlər. Cütlüyün müalicəsi davam etdirilir.