Azərbaycanda koronavirusa görə daha bir xəstəxana bağlandı - RƏSMİ
Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayı hər gün artmaqdadır. Bu günə qədər 8 191 nəfərdə koronavirus aşkarlanıb. Hazırda isə 3 487 aktiv xəstə müalicəsini xüsusi rejimli xəstəxanalarda davam etdirir. Xəstə sayının çoxalması isə xəstəxanalara tələbatı artırır.
AFN xəbər verir ki, Gömrük Hospitalı sabahdan etibarən fəaliyyətini dayandıracaq və yalnız COVID-19 xəstələrini qəbul edəcək.
TƏBİB-in sözçüsü Rəvanə Əliyeva bildirib ki, xəstəxanalarla bağlı ölkədə ciddi çatışmazlıq hələ ki, yoxdur.