Qapanma günlərində itləri harada gəzdirmək olar? - RƏSMİ AÇIQLAMA




Daxili İşlər Nazirliyi sərt karantin rejimi günlərində itləri gəzdirməyə verilən icazənin şərtlərini açıqlayıb.

Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında bildirib ki, itlərin parklarda və bulvarda gəzdirilməsinə icazə verilməyəcək:

“Bulvara gedə bilməyəcəklər. Evdə it saxlayan vətəndaş lazım olanda, iti küçəyə çıxarmaq ehtiyacı yarananda yalnız yaşadığı binanın həyətinə çıxara bilər. Bu da qısa müddətə olmalıdır. Amma təbii ki, vətəndaşlar da bundan sui-istifadə etməməlidirlər.

Gücləndirilmiş və sərtləşdirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Operativ Qərargahın verdiyi qərarın icrası ilə bağlı bütün lazımi tədbirləri alıb və alacaqdır”.

Qeyd edək ki, 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir, Salyan rayonlarında küçəyə çıxmaq qadağan olunacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu