Bakıda sərt karantin günlərində “avtoşluq” edən sürücü tutuldu - VİDEO
Bakıda sərt karantin rejimi günlərində Nəsimi rayonunda manevr edən avtomobilin sahibi saxlanılıb.
AFN xəbər verir ki, bu barədə “oxu.az”a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Avtomobil lizinq şirkətinə məxsus olub. 99-SC-126 dövlət nömrə nişanlı avtomobili Kərimov Nicat Rövşən oğlu müqavilə yolu ilə idarə edib.
Hazırda o, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis bölməsindədir. Onun barəsində sənədlər toplanılaraq Nəsimi Rayon Məhkəməsinə göndəriləcək.
Qeyd edək ki, bir neçə gün öncə sosial şəbəkələrdə Nəsimi rayonunda sürücünün boş küçədə avtomobillə təhlükəli manevrlər etməsini əks etdirən video yayılıb.
Xatırladaq ki, Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq edilib.