"Qarayevin nazir olduğu dönəmdə 2500 kitabxana bağlandı”




"Qarayevin nazir olduğu dönəmdə 2500 kitabxana bağlandı”.



Qaynarinfo xəbər verir ki, bunu "Qanun” nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu qeyd edib. Onun sözlərinə görə, minlərlə tarixi abidəni, mədəni dəyərləri məhv edən bu insanlar ən ağır cəzaya layiqdir:

"Qarayevin nazir olduğu dönəmdə 2500 kitabxana bağlandı. Bilirsiz səbəb nə idi? Büdcə vəsaiti yoxdur, deyirdi. Qarayevin nazir olduğu dönəmdə yeni nəşrlərdən 1 kitab belə kitabxanalar üçün almadılar. Bilirsiz səbəb nə idi? Kitab üçün vəsait yoxdur, deyirdi. Çoxlu film çəkilə bilərdi, çəkilmədi. Bilirsiz səbəb nə idi? Büdcə vəsaiti yoxdur, deyirdi. Rayon səviyyəli çoxlu sayda mədəniyyət evləri, kinoteatrlar bağlandı. Bilirsiz səbəb nə idi? Büdcə vəsaiti yoxdur, deyirdi.
Şəhərimizin teatrları iflic oldu, Gəncə, Lənkəran, Sumqayıt kimi teatrlarımız əhəmiyyətsiz bir qurumtək taleyin ümidinə buraxıldı. Bilirsiz səbəb nə idi? Büdcə vəsaiti yoxdur, deyirdi. Nə qədər musiqi məktəbləri fəaliyyətini dayandırdı. Bilirsiz səbəb nə idi? Büdcə vəsaiti yoxdur, deyirdi. İndi gördünüzmü büdcə vəsaiti hara gedirmiş?!
Niyə Qarayev istefa vermir, şən nazir müavinləri indi nəyə gülürlər? İndi bütün güzgülər sizə baxır. Yəni yenə utanmırsız özünüzdən? Siz necə bu xalqın qarşısına çıxacaqsız?
Hamı Xudafərin körpüsünün təhlükə altında olmasından danışır. Minlərlə tarixi abidəmizi, mədəni dəyərlərimizi məhv edən bu insanlar ən ağır cəzaya layiq deyillərmi?!”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu