Kürdəmirdəki yol qəzasında ölənlərin sayı 5 nəfərə çatdı - YENİLƏNİB




Kürdəmirdə baş verən yol qəzasında daha bir nəfər də ölüb.

Hadisə nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Belə ki, "Nissan" markalı avtomobilin azyaşlı sərnişini - 2 yaşlı Piriyev Sabir Ceyhun oğlu xəstəxanada vəfat edib.

***12:00

Kürdəmirdə baş verən yol qəzasında daha bir nəfər də ölüb.

Hadisə nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

***11:26

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Sor Sor kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Kərimov Abbas Kərim oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Piriyev Ceyhun Sabir oğlunun idarə etdiyi "Nissan" markalı avtomobillə toqquşub. Nəticədə "Mercedes" markalı avtomobildə olan 3 sərnişin hadisə yerindəcə dünyasını dəyişib. Digər 4 sərnişin isə ağır bədən xəsarətləri alıb.

"Nissan"da olan sərnişinlərdən 4-ü isə ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.











AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu