ABŞ nefti 14 dollara düşüb
ABŞ nefti yenidən sürətlə ucuzlaşmaqdadır.
“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 15:45-ə olan məlumata görə, Nyu-Yorkun "Nymex" əmtəə birjasında WTI markalı ABŞ neftinin iyun fyuçers qiymətləri 16,71% azalaraq 14,11 ABŞ dollarına düşüb.
London birjasında “Brent” markalı neft isə 3,82% ucuzlaşaraq 20,62 ABŞ dolları olub.
Məlumatlara görə, WTI markalı neftin belə sürətlə ucuzlaşmasının səbəbi tədarük edildiyi Oklahoma ştatındakı Kuşinq (Cushing) neft anbarlarının tezliklə tam dolacağı ilə bağlı narahatlıqlardır.
Aprelin 17-də ABŞ-ın neft ehtiyatları 518,6 mln.barelə çatıb. Ölkədə ən böyük neft ehtiyatları 2017-ci ildə qeydı alınıb - 535 mln.barel.