"Səhiyyə Nazirliyi ilə aramızda heç bir problem yoxdur" - "Azəriqaz"




"Azəriqaz" istehsalat birliyi ilə Səhiyyə Nazirliyi arasında heç bir problem yoxdur".

Bunu Qaynarinfo-ya açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov Milli Məclisin deputatı Qənirə Paşayevanın bu gün parlamentdə "Səhiyyə Nazirliyi və "Azəriqaz” arasında problem ucbatından kəndlərdə xəstəxanalara qaz verilmir” ittihamına cavabında deyib.

Onun sözlərinə görə, xəstəxanaların qazlaşdırılmasını həyata keçirmək sadə bir prosesdir: "Xəstəxanalarla bağlı sənədlər "Asan xidmət" mərkəzlərinə tədqim olunur, texniki şərt alınır. Texniki şərt də tam ödənişsiz verilir. Texniki şərt tam 20 iş günü müddətinə təqdim olunur. Bunu alandan sonra xəstəxanaların qazla təminatı ilə bağlı bütün sənədlər hazır olandan sonra heç bir problem qalmır. Yəni, müraciət olunmalıdır ki, qaz təhcizatı təmin olunsun, qazlaşdırılma işi aparılsın".

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva isə xəstəxanaların onlara aid olduğunu deyib: "Qənirə xanım TƏBİB-i bir qurum olaraq tanıyır. Əgər Səhiyyə Nazirliyi deyibsə bir bildiyi var".

Səhiyyə Nazirliyinin mətbuat xidməti isə hər zaman olduğu kimi telefon zənglərinə cavab vermədi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu