"Azəriqaz" sədri borc məsələsindən danışdı


"Hazırda qaz təchizatı barədə heç bir problem yoxdur. Vətəndaşlar daimi qazla təmin olunur".


AFN.az xəbər verir ki, bu sözləri "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev deyib. O, borc məsələsinə də diqqət çəkib: "Cari ildə "Azəriqaz" "Azəristiliktəchizat"a borclanmayıb.
"Azəristiliktəchizat"ın bu il heç bir şikayəti yoxdur. Əvvəlki illərin borclarına isə baxılır. Amma dəqiq rəqəm deyə bilməyəcəm, hesablamalar aparılır, müzakirə olunur, dəqiq məlumat yoxdur".

R. Əliyev həmçinin bildirib ki, qazın tərkibinin zəhərlənmələrlə ilə heç bir əlaqəsi yoxdur:
"Zəhərlənmələr qazın tərkibi ilə bağlı deyil, dəm qazının havaya ötürülməsi ilə əlaqədardır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu