Gəncədə avtoxuliqanlıq edən şəxs həbs edildi




Gəncə şəhərində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücü saxlanılıb.

Bu barədə "Report"un Qərb Mərkəzinə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Kəlbəcər rayon sakini Malik Mamedov sürücülük hüququ olmadan idarə etdiyi “ZAZ-968” markalı avtomobillə yollarda intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq və avtoxuliqanlıq edərək hərəkətlərini videogörüntüyə almaqla müxtəlif sosial şəbəkələrdə yerləşdirib.

Onun barəsində inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

M.Mamedov məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu