Bakıda pəncərə silmək istəyən tələbə yıxılaraq ölüb - FOTO
Bakının Qaradağ rayonunda bədbəxt hadisə zamanı gənc qız ölüb.
APA xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində baş verib.
1999-cu il təvəllüdlü Məhərrəmova Nilgün Tarix qızı yaşadığı binanın beşinci mərtəbəsində otağın pəncərəsini silib. Bu zaman o, ehtiyatsızlıqdan yerə yıxılıb.
N.Məhərrəmova 1 saylı şəhər xəstəxanasına çatdırılarkən yolda ölüb.
Qeyd edək ki, N.Məhərrəmova Ali Neft Məktəbinin üçüncü kurs tələbəsidir. O, prezident təqaüdçüsü olub.