Ucar sakini qonşusunu öldürdü




Ucarda qətl hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə rayonun Yuxarı Şilyan kəndində baş verib.

Kənd sakini, 1960-ci il təvəllüdlü Mövlan Muxtar oğlu Mustafayev qonşusu, 1958-ci il təvəllüdlü Qəzənfər Səftər oğlu Musayevi torpağı belləmək üçün nəzərdə tutulan "lapatka" ilə vurub.

Q.Musayev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu